PKK-nın kommunist taktikaları
Mehmetciklərimizə həmişə
"xain pusqular" quran, onları arxadan vuran, onları atəşkəs zamanında, kazarmaların, polis bölmələrinin içində pusquya salan, şəhər mərkəzlərində mülki xalqa hiyləgərliklə hücum edən separatçı terror təşkilatı PKK, kommunist zehniyyətin ən murdar, ən hiyləgər üsulu olan partizan taktikalarını tətbiq edir.
PKK-nın kommunist taktikaları
Bəzən bir sıra yazıçılar və dövlət xadimləri, bu xain hücumlarla terroristlərin "ayıb iş gördüklərini", "qaydalara əməl etmədiklərini", hücumları "xaincəsinə" etdiklərini ifadə edərək öz ağıllarına görə terror təşkilatını qınayırlar. Halbuki bu qınama mesajları heç bir nəticə verməyəcəyi kimi, kommunist PKK döyüşçülərinə də tam olaraq istədiklərini verirlər.
PKK-nın kommunist taktikaları
Çünki kommunizm, xain partizan taktikası ilə böyüyüb güc tapan, vəhşilik, qan və zülmlə bəslənən bir ideologiyadır. Kommunist döyüşçü vicdan, mərhəmət, sevgi və şəfqət kimi duyğuları olmadığı kimi, belə kəslər hər hansı bir qaydaya, qanuna və sərhədə da bağlı deyildirlər. Kommunistlərin ən böyük hədəfi, hər necə olursa olsun hücum etmək, hər nə metodla olursa olsun şiddət fəaliyyəti göstərmək və mümkün qədər çox adamı öldürməkdir.
PKK-nın kommunist taktikaları
Bu məqsədi reallaşdıra bilmək üçün də hərbi nizama sahib və döyüş qaydaları ilə hərəkət edən bir ordu qarşısında, döyüş qaydalarından uzaq hərəkət edib, hiyləgər və xain hücumları yəni partizan üsullarını istifadə etmək onlar üçün ən qısa və ən effektiv yoldur.
PKK-nın kommunist taktikaları
İnsanlar arasında dəhşət oyandıraraq kəşfiyyat işləri, qida təmin edə bilmək, qorxutma üsulu ilə süni xalq dəstəyi təmin etmək partizan üsulları üçün lazım olan təməli təmin etməkdədir. Xain üsullar istifadə etməklə fəxr edən, namərd hücumları isə bir tələb olaraq görən kommunist terrorist qrupuna, "sən xainsən" deyərək demaqoqluq etmək və bundan bir nəticə əldə edilə biləcəyini güman etmək isə çox böyük sadəlövhlükdür.
PKK-nın kommunist taktikaları
Daha əvvəl də ifadə etdiyimiz kimi zamanın və məkanın dəyişməsi kommunist prinsiplərə heç bir şəkildə təsir etmir. Çünki kommunist düşüncə quruluşunun təməli, illər keçdikcə ya da ölkələr dəyişdikcə hər hansı bir dəyişikliyə məruz qalmayan Darvinizmdir.
PKK-nın kommunist taktikaları
Buna görə 1960-cı illərdə Vyetnamda tətbiq olunan partizan metodu necədirsə, bu gün ölkəmizin Cənub-Şərqi Anadolu bölgəsində tətbiq olunan partizan metodu da eynidir. "Şərq bölgəsindəki kommunist terror ilə Vyetnamın bənzərliyi yoxdur" iddiasında olanlar dəhşət verici yanılma içərisindədirlər. Bu kəslər, ya kommunist zehniyyətin əslində nə olduğunu bilməməkdə ya da buradakı təhlükəni olduğundan fərqli və sadə göstərməyə çalışırlar. Bu şəxslərə, "körpə qatili" terrorist təşkilat lideri Abdullah Öcalanın şərq bölgəsindəki kommunist üsyan əsnasında Vyetnamın nümunə alınmasına dair sözünü xatırlamaqda fayda var:
PKK-nın kommunist taktikaları
Göründüyü kibi "körpə qatili", terrorun Vyetnamdakına bənzər şəkildə tətbiq olunması lazım olduğunu müdafiə etməkdədir. Burada Vietnam nümunəsinə yenidən dönmək lazımdır: Vyetnamda kommunist Şimali Vyetnama qarşı; anti-kommunist Cənubi Vyetnam, Amerika və milis qüvvələrindən ibarət qarşı ittifaqın müharibəsi çox uzun illər davam etdi. Cənubi Vyetnamın 900.000, Amerikanın 580.000 və milis qüvvələrinin də 1.480.000 nəfərlik ordularından ibarət ümumi təxminən 1.5 milyonluq bir orduya qarşı kommunist Şimali Vyetnam yalnız 320.000 nəfərdən ibarət olan olduqca kiçik bir orduya malik idi. Bununla birgə yalnız üç il içərisində Şimali Vyetnama 500.000 ton bomba atılmışdır.
PKK-nın kommunist taktikaları
Bütün bu ciddi əlverişsiz şəraitə baxmayaraq kommunist Şimali Vyetnam, hiyləgər partizan üsulları istifadə edərək müharibəni qazanmışdır. Şimali Vyetnam ordusu və Vietkonq partizanları 36 il mərkəzində qarşı partizan hücumu başlatmışlardır. Amerika ordusu 60.000 əsgərini bu döyüşdə itirmişdir. Nəticədə isə Amerikan əsgərləri havadan və dənizdən apardıqları hücumlardan bir nəticə ala bilməyərək ölkəni tərk etmək məcburiyyətində qalmışdılar.
PKK-nın kommunist taktikaları
Cənub-Şərqi Anadolu bölgəsində də tətbiq olunan terror elə bu kommunist terrordur. PKK terrorçuları"xain pusqu" olaraq xarakterizə edilən tələləri kommunizm əsasında və taktikası olaraq son dərəcə rahat tətbiq edirlər. Yaşadıqları dağlıq bölgə partizan döyüşünü reallaşdıra bilmək üçün son dərəcə uyğundur. Xalqa yönəlik Darvinist, materialist və kommunist təbliğatı da xalqa hədə-qorxu gələrək, qorxudaraq güclü şəkildə edilməkdə, beləliklə geniş kütlələri təsiri altına almağa çalışırlar. Kəşfiyyat, nəqliyyat, silah, ərzaq və qida kimi ehtiyaclarını bu qorxutma siyasəti ilə rahatlıqla edəbilirlər.
PKK-nın kommunist taktikaları
Bir təşkilat döyüşçüsü, müəyyən bir nizama bağlı deyil, hərəkət qabiliyyəti yüksəkdir, istədiyi an istədiyi yerdə ola bilməkdə, istədiyi yerdən xaincə vura bilməkdədir. Kommunist təşkilat olan PKK elə bu xüsusiyyətlərə görə partizan müharibəsinin az qala bütün imkanlarını əldə etməkdədir. Yeri müəyyən olan, qanuna, nizama bağlı şəkildə polis bölməsində keşik çəkən Mehmetçiymizə hər tərəfdən hücum edəbilməkdədir. Başqa sözlə belə namərd üsullarla hərəkət edən terrorist qrupa, - güclü ordumuz qarşısında sayları son dərəcə az olsa belə - nizami hərbi üsullarla qarşı qoya bilmək mümkün görünməməkdədir.
PKK-nın kommunist taktikaları
Belə hiyləgər bir hərəkəti tamamilə ləğv etmək üçün əsas şey, hərtərəfli elmi mübarizədir. Kommunist terror, ancaq və ancaq bünövrəsi yəni fikir sistemi çökərtildiyi zaman məğlub olar. Bunun üçün ağcaqanadları tək-tək yox etməyə çalışmaq deyil, onları istehsal edən bataqlığı kökündən qurutmaq lazımdır.
Qısaca, təcili olaraq, kommunizmə zəmin hazırlayan Darvinist, materialist zehniyyəti elmi fəaliyyətlərlə aradan qaldırmaq lazımdır.